Reklam: High Technic
hightechnic

Fazil Mustafa: "Məmur soyqırımına son qoyulmalıdır"

Reklam: Sinerji Pro

Milli Məclisin bu günkü plenar iclasında  dövlət qulluqcularının müdafiəsi məsələsi yenidən gündəmə gətirilib.

Yenicag.az xəbər verir ki, millət vəkili Fazil Mustafa böyük əziyyətlər hesabına yetişdirilən məmurların bir an içərisində işdən çıxarılmarına etirazını bildirib.

Millət vəkilinin sözlərinə görə dövlət bir məmurunun yetişdirilməsinə və onun iş təcrübəsi toplamasına böyük vəsaitlər sərf edir:

“Məmurlar təcrübə topladıqca irəliləyirlər və yetkinləşirlər. Ancaq bir də görürsən ki, kimi nazir və ya icra başçısı təyin edirlərsə, o yeni işə başlayan kimi öz komandasını da özü ilə aparır. Neçə illər ərzində orada faəliyyət göstərmiş məmurları işdən çıxarır. Belə olan halda təcrübəli məmurlar demək olar ki, havada qalırlar. Məhkəmə onların şikayətinə ədalətli baxmır, baxdıqda isə iş yerlərinə yenidən bərpa oluna bilmirlər. Ona görə də hesab edirəm ki, bu məsələyə ciddi diqqət yetirməliyik və məmur soyqırımına son qoyulmasına çalışlayıyıq”.

 

Araz Z.

www.yenicag.az

2358