“Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirdi

media-hightechnic-468x90

Danimarka millisinin və Türkiyənin “Fənərbağça” klubunun sabiq müdafiəçisi Simon Kyaer peşəkar karyerasını başa vurub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, keçmiş müdafiəçi 35 yaşında futbolla vidalaşıb. O, qərarını Danimarka mətbuatına müsahibəsində açıqlayıb.

Futbolçu Avro-2024-dən öncə Norveç yığması ilə keçirilmiş yoldaşlıq görüşündə karyerasına son qoymaq qərarına gəldiyini bildirib.

Qeyd edək ki, Simon Kyaer 2015-2017-ci illərdə “Fənərbağça”da çıxış edib. Müdafiəçi İtaliyanın “Milan”, İspaniyanın “Sevilya” komandalarının da formasını geyinib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05