“Fənərbaxça” liderdir

media-hightechnic-468x90

86163Türkiyə superliqasında 15-ci turun oyunları davam edir.
İkinci oyun günündə daha 3 qarşılaşma keçirilib.

Superliqanın autsayderi “Balıkesirspor” klubu səfərdə “Karabükspor”a 1:0 hesabı ilə qalib gəlməklə turnir cədvəlində iki pillə irəliləyib.

Turun digər görüşlərində “Başakşəhər” öz meydanında “Kayseri Ərciyesspor”u qəbul edib və rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

“Fənərbaxça” doğma meydanda “Mersin”i sınağa çəkib. Qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Bu qələbə ilə “Fənərbaxça” turnir cədvəlində liderliyə yüksəlib.

Tura dekabrın 29-da keçirilək “Trabzonspor” – “Əskişəhərspor” matçı ilə yekun vurulacaq. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600