“Fənərbaxça”ya silahlı hücum kimlərə mesajdır?
Türkiyənin məşhur “Fənərbahxça” futbol komandasının avtobusuna hücum edilib. Komandanın avtobusuna hücum “Fənərbaxça” Rizə şəhərinin “Rizəspor” klubu üzərində 5-1 hesabı ilə qələbə qazandıqdan sonra baş verib.
Polis avtobusun daşa basıldığını bildirib, lakin “Fənərbaxça TV” telekanalı iddia edir ki, avtobusa tüfəngdən atəş açılıb.
Qeyd edək ki, “Fənərbaxça” komandası İstanbula uçmaq üçün İzmirə getməli idi. Komanda üzvlərindən heç kəs xəsarət almayıb. İnsident nəticəsində xəsarət almış avtobus sürücüsü xəstəxanaya aparılıb.
Türk analitikləri bu hadisənin İstanbulda baş verən hadisələrlə əlaqəli olduğu və ölkədə xaos çıxarmaq istəyən qüvvələrin “Fənərbaxça” üzərindən bu işi gerçəkləşdirməyə cəhd etdikləri ilə bağlı həmfikirdirlər.
“Fənərbaxça” başqanı Əziz Yıldırımın Gülən ilə arasının olmadığını iddia edən analitiklər Gülənin məhz Rizədə (Ərdoğanın anadan olduğu şəhər) bu sabotajı edərək, hər iki rəqibinə meydan oxuduğu qənaətindədirlər.
***
Türkiyənin baş naziri Əhməd Davudoğlu da gecə yarısı açıqlama verərək hadisəni pisləyib.