Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərinə “stop” qoyuldu

media-hightechnic-468x90

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi boru yaranıb. 

media-banner_tkm

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373.070,78 AZN vergi borcu var. Nizamnamə kapitalı 150 milyon manata yaxın olan “AzNar” QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.

“Aznar” QSC-nin tabeçiliyində fəaliyyət göstərən “Aznar Ferma” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Hacıyev Mehman Vaqif oğlunun da ölkədən çıxışına məhdudlaşdırılıb. “AzNar Ferma”nın 2940,02 manat borcu var.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Mehman Hacıyev “MEGAMIX ASIA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də qanuni təmsilçisidir.

Xatıradaq ki, bir neçə il əvvəl “AzNar” QSC-nin “Grante Trading” filialının baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Həmin şirkətin də hazırda 61975.97 AZN vergi borcu var.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05