Ferma cücələr ilə birlikdə yanıb

media-hightechnic-468x90

klklkBakının Suraxanı rayonunda axşam saatlarında yanğın baş verib.

Yanğın vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan cücə sexində baş verib.

Nəticədə sexin taxta konstruksiyalardan ibarət dam örtüyü 760 kv.m sahədə, içərisində olan avadanlıqlar yanıb, sexin içərisində sayı məlum olmayan 10 günlük cücələr tələf olub.

Sexin qalan hissəsi və yaxınlıqda olan digər sexlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600