FETÖ-çu rektor istefa verdi – Mayın 8-də məhkəməsi olacaq

media-hightechnic-468x90

FETÖ terror şəbəkəsi ilə bağlılıqda ittiham olunan Bolu Abant İzzet Baysal Üniversitetinin (AİBÜ) rektoru Hayri Coşkun vəzifəsini tərk edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ali Təhsil Şurası (YÖK) ötən həftədən etibarən, FETÖ ilə əlaqələri üzə çıxan AİBÜ rektoru Hayri Coşkun barəsində təhqiqata başlamışdı.

YÖK-ün bu addımından sonra rektor postunda qalmasının mümkünsüzlüyü dəqiqləşən Coşkun qovulmasını gözləmədən özü istefa verib.

FETÖ ilə bağlılığı üzə çıxan Coşkun 16 aprel referendumundan əvvəl “Əvət” səsi verəcəyini dəfələrlə bəyan etsə də, bu “jest”i onu xilas etməyib.

Məlumata görə, Coşkun mayın 8-də Bolu Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600