FETÖ ilə bağlı BÖYÜK SKANDAL: Gülən ABŞ-nin məşhur təcavüzçüsündən bu xahişi etdi - FOTO
“Fətullahçı” terror təşkilatının (FETÖ) ABŞ-də azyaşlı uşaqları cinsi istismar etdiyi üçün həbs olunan və həbsxanada intihar edən Cefri Epşteyn ilə yazışması üzə çıxıb.
Yenicag.az xəbər verir ki, 15 iyul 2016-cı ildə Türkiyədə çevriliş cəhdindən bir neçə həftə sonra FETÖ lideri Fətullah Gülənin müdafiəsi üçün hazırlanan məqalə “Wall Street Journal”da (WSJ) yayınlanması üçün birbaşa Cefri Epşteynə göndərilib.
Gülənin ABŞ-dəki vəkili Reyd Ueynqartenin həmin məqaləni Epşteynə e-poçt vasitəsilə ötürdüyü, eləcə də təşkilatın ABŞ şəbəkəsinin “kilid ismi” kimi təqdim edilən Yüksəl Alp Aslandoğanın da e-poçt zəncirinə əlavə edildiyi bildirilir. Bu addımın Gülənin Türkiyəyə ekstradisiyasının qarşısını almaq üçün Epşteynin yüksək səviyyəli əlaqələrindən yararlanmaq məqsədi daşıdığı bildirilir.
Qeyd edilir ki, Reyd Ueynqarten, eyni zamanda, cinsi cinayətlərə görə ittiham olunan Cefri Epşteynin də vəkili olub.
Həmin məqalə 15 iyul hadisələrindən qısa müddət sonra tirajlanıb.
Qeyd edək ki, ABŞ-də ciddi əlaqələrə malik Cefri Epşteyn azyaşlı qızların cinsi istismarı və insan alverini təşkil etməsi ittihamları ilə gündəmə gəlib. 2019-cu ildə Nyu-York və Florida üzrə federal məhkəmələrdə azyaşlıların cinsi istismarı ittihamı ilə saxlanılıb, zəngin dairələrlə əlaqələri, Nyu-Yorkdakı malikanəsi və Karibdəki şəxsi adası istintaqda əsas obyektlər olub. Elə həmin il həbsxanada vəfat edib, ölüm rəsmi olaraq intihar kimi qeydə alınıb. O intihar etdiyi üçün cinayət işinə xitam verilib. Əks halda, ABŞ siyasi səhnəsi ciddi şəkildə çalxalanacaqdı. Çünki bu şəxsin əlaqələr zənciri çox “zəngin” idi.
İndi isə araşdırmalar onun Gülən ilə də əlaqəsini ortaya qoyur. Qısacası, hər çirkinliyin arxasından çıxan FETÖ-nün bu kirli şəbəkə ilə də əlaqəsi də sözügedən məktubla ifşa edilib.
Amir Aqiloğlu












