!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nü dəstəkləyən CIA casusu: “Ərdoğan 2032-ci ilə qədər hakimiyyətdə olacaq”

!Reklam – Yazi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq casusu Henri Berki iştirak etdiyi konfransda FETÖ liderinin səhvlərindən danışıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Vaşinqtondakı Corctaun Universitetində “Türkiyədə rejim dəyişikliyi: Türkiyə tipli Prezident sistemi” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində həmin universitetin Türkiyə Araşdırmaları İnstitutu tərəfindən təşkil olunan paneldə çıxış edən CIA-nın sabiq əməkdaşı, Vudro Vilson Mərkəzinin Yaxın Şərq Proqramının direktoru, FETÖ-yə yaxınlığı ilə seçilən Henri Berki əsas diqqəti Fətullah Gülənin səhvlərinə yönəldib. 15 iyul çevrilişinə cəhd zamanı Türkiyədə olub, FETÖ-nü təlimatlandıran CIA casusları sırasındakı Berki ölkədəki siyasi prosesləri dəyərləndirib.

CIA casusunun sözlərinə görə, Türkiyədə Ordunun siyasi proseslərə müdaxilə imkanlarının məhdudlaşdırılması baxımından, 2007-ci il həlledici olub:

“2007-ci ildə Ordunun neytrallaşdırılması və seçkilərdə qalib gəlmək istəyən müxalifətin olmaması səbəbindən Ərdoğanın qarşısında yalnız Gülən qaldı. Əvvəllər Ərdoğanla Gülən arasında münasibətlər normal olsa da, onların bir gün toqquşacağı gözlənilirdi. Gülən 2013-cü ildə korrupsiya iddialarını ortaya atmaqla səhv etdi və bununla da Ərdoğana onu küncə sıxışdırmaq imkanı verdi. Ancaq bunun Ərdoğan tərəfindən əvvəldən planlaşdırılan aksiya olması da istisna deyil – çünki o, sonrakı addımlarını diqqətlə götür-qoy edir”.

Türkiyədə Prezident üsul-idarəsinə keçid hazırlığına toxunan Berki bildirib ki, bu sistemə keçid baş tutarsa, Ərdoğan 2032-ci ilə kimi öz postunda qalacaq və hakimiyyət müddətinin uzunluğu məsələsində Atatürkü geridə qoyacaq:

“Konstitusiyaya görə, Türkiyədə Prezident iki müddətə seçilə bilər. Bu şərt Ərdoğanın indiki prezidentliyinə şamil edilmir. Ona görə də, Ərdoğan referendumdan qalib çıxarsa, o halda 2029-cu ilə kimi hakimiyyətdə qala bilər. Əgər parlament 2028-ci ildə növbədənkənar seçkinin keçirilməsinə qərar verərsə, bu zaman Ərdoğanın ikinci prezidentlik müddəti hesaba alınmayacaq və onun yenidən seçilməsi mümkündür. Yəni səhhəti imkan versə, Ərdoğan 2032-ci ilə qədər hakimiyyətdə qala bilər”.

Yeniçağ.Az

COP29

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv