!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fətullah Gülən terror təşkilatını təhlükəli edən səbəblər

!Reklam – Yazi

Rəvan Şirvani 

Ağ Partiya İdeoloji məsələlər üzrə başqan müşaviri

15 iyul 2016-cı ildə Türkiyə Respublikasında həyata keçirilmək istənən xunta hərəkatı Fətulla Gülən camaatının əsas və həqiqi terror üzünü tam olaraq ortaya çıxardı . Verilən məlumata əsasən, təxminən 1986 cı ildən başlayaraq Türkiyə Silahlı Qüvvələri içərisinə kobudca ötürməyə başladığı müridləri vasitəsiylə 15 iyul axşamı başladılan xunta hərakatı, xalqın dəstəyi ilə 16 saat ərzində basdırılaraq sonlandırıldı. Nəticə isə çox qanlı olmuşdu. Geridə 249 insan şəhid və 2000 civarında yaralı insan.

Hər zaman qayəsi Allah rizası üçün insanlığa yaxşılıq etmə olaraq bəyan olunan şəbəkənin, bu fəaliyyətə necə girişə biləcəyi insanlarda heyrət yaratdı. Lakin daha öncədən 17 və 25 dekabr 2013-cü illərdə dövlətə qarşı həyata keçirməyə çalışdıqları hüquq darbesi ilə əslində şəbəkənin heç də Allah rizası üçün xidmət edən bir camaat deyil tam əksinə agentura məqsədli olduğu və arxasında dünyanın aparıcı kəşfiyyat təşkilatlarının olduğu həqiqəti də ortaya çıxmışdı.

Məni maraqlandıran şəbəkənin üzvlərinin müsbət insani keyfiyyətlərini özlərində əks etdirməsi, əfəndi, mütəvazi v.s kimi olmaları deyil, əksinə şəbəkənin lideri Fətulla Gülənin xəyanət səviyyəsindəki gizli fəaliyyətlərinin ortaya çıxmasına baxmayaraq, hələ də bir çox şəbəkə insanları tərəfindən dəstəklənməsi və sahib çıxılması həqiqətidir. Niyə, xüsusiylə də təhsil almış insanlar bütün olanlara, həqiqətlərə baxmayaraq bu insanı dəstəkləyir?(Əlbətdə ayrılanlar da var). Bu sosial realitənin elmi açıqlaması varmıydı? Varsa, bu parametrlər nədir?
Bütün bu sualların nəznində, Türkiyənin Milat qəzetində Prof. Dr. Ergün Yıldırım müəllimin arşdırmaları diqqətimi və marağımı çəkdi. Dilimizə adaptasiya edərək, paylaşma ehtiyacı hiss etdim.

Mərmərə Universiteti akademiki olan Prof. Dr. Ergün Yıldırım Fetö təşkilatı ilə bağlı “Subyektin(Mübtədanın) Ölümü” dəyə bir kitab yazıb. Kitabda subyekt yəni mübtəda insan iradəsidir. Nəzərə alsaq ki, dilimizdə də subyekt yəni mübtəda (subjectives) obyekt(objectives) üzərində loruca desək, dəyişiklik edən sayılır. Məsələn: “Əli topu vurdu” cümləsində top objektdir və onun hərəkətinə subyekt yəni Əli qərar verir.
Subyektin(Mübtədanın) Ölümü/Öldürülməsi
Professor “Subyektin(Mübtədanın) Ölümü” ilə bağlı bu fikirləri irəli sürür; İnsanı tanıdan ən əsas şey insanın özünə xas keyfiyyətləridir. Allah bunu, uca Qurani Kərimdə belə vurğulayır; mən insanı yer üzərində xəlifə olaraq yaratmışam. Bu keyfiyyətlərimiz səbəbiylə biz əşrəf-i məxluqat (yaradılanların ən şərəflisi) olaraq sayılırıq. Bizi digər canlılar arasında fərqli edən, üstün tutan yön azad iradəmizlə qərar verəbilməyimiz, azad seçimlər edəbilməmizdir Subyektin(Mübtədanın) Ölümü isə, azad iradəmizi, seçim etmə yönümüzü, sevincimizi qoruma, özümüzə xas aspektlərimizi davam etdirmə yönlərimizi sonlandırmamızdır. Bu əslində modern zamanda üstündə ciddi durulması lazım olan ciddi bir sosioloji mövzudur.

İnsan olma xüsusiyyətimizi, bir camaatın artıq dərəcəli kollektivist strukturuna təslim etdikdə və iradəmizi ora bağladığımız zaman Subyekt(Mübtəda) olma yönümüzü itirmiş oluruq. Bunu, Türkiyə praktikasında Fətulla Gülən hərakatında açıq-aşkar görməkdəyik. İnsanlar, ibtidai sinifdən götürülərək gələcəklərinə qərar verilir və onların subyekt olma yönləri ortadan qaldırılır.


Komunalist Struktur olması

Müasir dünyan, fərdiyyəçiliyi mərkəzə almasına baxmayaraq, insanların Fətulla Gülən camaatına sığınmasını akademik belə şərh edir; modern dünya fərdiyyəçiliyi ön plana çıxarır. Bu dövrdə məhəllə, camaat kimi strukturlara tələb yoxdur. Ən ideal prinsip, insanın yurddaş bir fərd olaraq yaşamasıdır. Bu düşüncəyə görə camaatlar ənənəvi cəmiyyətlərin arxaiq strukturlarıdır və insanların bu strukturlardan uzaqlaşması gərəkir. Çünkü bunlardan qurtulunan zaman azad fərdlər olaraq yaşanılabiləcəyinə inanılır.
Lakin praktikada bunlar tamamiylə reallaşmadı. Çünkü, bir sosioloqun dediyi kimi, camaatlar insanlara isti bir əməkdaşlıq mühiti təmin edir. Camaatlar, insanlara fərdiyyətçilikdən yaranan yalnızlıq hissini ortadan qaldırmaq üçün imkan verir. Qısacası, camaatların insanlara verdiyi bu növ psixoloji dəstəklər, onların modern dönəmdə də varlıqlarını davam etdirməsinə imkan verdi.
Fətulla Gülən camaatı insanlara əsla fərdi təmsil imkanı vermir. Onları tamamiylə kollektiv strukturu içində əritməyə çalışır. Bu növ camaatlar komunalist strukturlardır. Və belə camaatlar cəmiyyət və fərdlər üçün ciddi təhtidlər yaratmaqdadır. Komunalist struktur olan Fətulla Gülən camaatı, insanın fərdi xüsusiyyətlərini tanımayan onu düzləşdirən, hər yönüylə camaata aid olmasını istəyən bir strukturdur.
Kollektiv Qəbilə Ruhu
Akademikə görə, Fətulla Gülən hərəkəti bir çətir(umbrella) qavramdır. Onun içində o FETÖ, xuntacı bir struktur , komunalist bir camaat, dövlət içərisində təşkilatlanan bir paralel strukturlar olaraq mövcuddurlar. Məhz buna görə Gülən hərəkəti, öz içərisində bir çox aspektə sahi. Və həqiqətdə insan həyatının bütününə sahib olan bir xüsusiyyətə malikdir. Bu hərakat, ibtidai əsrdəki qəbilə ruhuna bənzəyir. Qəbilə təfəkkürlü insanlar üçün qəbilə başçısını əmrləri, yönləndirmələri əsas qəbul edilir. Qəbilə təfəkkürlü insan artıq fərd olmaqdan çıxır və hər hansı bir şəxsiyyət sahibi olmurlar.

Güləni günahsız bilirlər

Prof.Dr. Ergün Yıldırıma görə, Fətulla Gülən, camaat içində əsla mühakimə, tənqid , müzakirə obyekti edilməyən bir qəbilə başçısıdır. Buna görə, İslam tarixində keçən və Mehdiyyət qavramına aid edilən məsumluq xüsusiyyətləri ona şamil edilir. Bu reallığı, camaatın və Zaman qəzetinin öndə gələn nümayəndələrindən biri olan Əli Ünal bir məqaləsində belə dilə gətirir. Ünala görə Fətullah Gülən məsumdur, günah işləmədən uzaq olan bir şəxsiyyətdir. O, peyğəmbər ilə görüşür. Yuxularında əmrlər alır. Gülənə bu keyfiyyətləri şamil edən insanlar onu təbii olaraq müqəddəsləşdirir. Onun yanlış edəcəyinə, günah işləyəcəyinə ehtimal vermirlər. Bu tərz inanan və düşünən camaat fərdləri, subyekt(mübtəda) olaraq yox olduqları üçün özlərini ona qurban verirlər. Onun hər dediyini təmannasız həyata keçirirlər. Bu növ inançları özündə əks etdirən hərakat, klassik mənada camaat olmaqdan çıxaraq kollektivist, adətən kommunist bir gizli təşkilat formatına çevrilir.
Cəmiyyətdə təhkimat qurdular
Akademikə görə, Fətulla Gülən dinin, insanları səfərbər etmədə çox önəmli bir güc və enerji vasitəsi olduğunu bilirdi. Buna görə, dindən faydalanır. O, insanları dinə dəvət etdiyini, müridlərinəİslama xidmət etdiyini söyləyir. İnsanların bir qismi buna inanır və ətrafında toplanır. Bu proses təbii olaraq sosial bir enerjini ortaya çıxarır. Bu sosial enerjidən yaranan güc görüldüyü kimi xunta hərakatına qədər gedir. Fətulla Gülən bu sosial enerjidən faydalanaraq cəmiyyət üzərində hegemoniya yaradır. Məhz, bu hegemoniya sosial iqtidara yaradır. Bu iqtidar ilə Fətulla Gülən insanları, cəmiyyəti, medianı, finansı idarə edir və yönləndirir. Belə bir yönləndirmə ilə dövlətin içində güc olma məsələsi asanlaşır.
Nəzərə almaq lazımdır ki, ən önəmli hətta alternativsiz iqtidar sosial iqtidardır. Bu bir növ paralel iqtidar sayılır. Bunlar həm paralel dövlət həm də paralel cəmiyyət ortaya çıxarırlar. Cəmiyyət içində təşkilatlanırlar. Məsələn, bu qruba aid bir mürid əsla başqa bir camaatın fəaliyyətinə qoşulmaz tam əksinə onları öz fəaliyyətlərinə qatılmaya dəvət edər. Bu eqoist və monopolist bir strukturdur. Bu səbəplə, iqtidar olma həvəsi, hegemoniya, eqoizm, və monopolist olma tərzi bu hərakatın ən əsas xüsusiyyətlərindəndir. Tolerantlıqdan bəhs etmələrinə baxmayaraq, öz daxilindəki keyfiyyətlərə əsasən qapalı və çox dərin bir strukturdurlar. Necə ki, 15 iyul 2016 xunta cəhdində bu xüsusiyyətləri ortaya çıxdı.

Subyekti(Mübtədanı) öldürən təşkilat

Yaşanan onlarca hadisəyə baxmayaraq hələ də Fətulla Güləni günahkar bilməyən insanlar vardır. Əlbətdə ki, bunun səbəpləri vardır. Bu insanlar 12 yaşından etibarən çox steril bir mühitdə yaşıyırlar. Müəyyən olunmuş doktrina mütəmadi olaraq bu mühitdə təkrar edilir. Bu evlər və universitetlərdə sadəcə Fətulla Gülənin kitabları oxunur, kasetləri dinlənilir. Nəticədə insanlar, subyekt(mübtəda) olma xüsusiyyətlərini itirirlər, ölürlər. Və əslində bu bir növ sosial ölümdür. Çünkü müridlər üçün bu camaatın, bu qrubun xaricində başqa bir sosial həyat yoxdur. Camaat fərdləri Fətulla Gülən kitabları və göstərdiyi kitabların xaricində hətta İslami əsərlər belə oxumurlar.

GÖRMÜRLƏR, EŞİTMİRLƏR, MÜZAKİRƏ ETMİRLƏR və nəticədə bunlar normal sayılan sosial həyatın içində ölüblər, sosial həyat içində yoxdurlar. Məhz bu səbəbdən, yaşadıqları steril həyat içində çox KOLLEKTİVİST dəyərlərlə yetişdirilirlər. Şəxslərin zamanı abilər, ablalar tərəfindən işğal edilir. Necə yemək yeyəcəklərinə, necə geyinəcəklərinə, zamanlarını harada keçirəcəklərinə, hətta kiminlə evlənəcəklərinə belə bu struktur qərar verir. Görüldüyü kimi qarşımıza totalitar bir camaat və
KOMUNALİST bir struktur çıxır. Yetişdirdikləri bu nəsili “qızıl nəsil” adlandırılır. Normal bir camaat deyil əksinə, totalitar bir struktur. Insanlara tək tipli bir həyat verən, insanı robotlaşdıran bir camaat. Burada insanlar, həqiqətdə ölüdürlər yəni yox kimi var olurlar. İşi, pulu və məlumatı bu struktur təmin edir. Bu metodla insanları özlərinə möhtac edirlər.

Müxalif olmaq üçün dindən istifadə etmə!

Ədalət və İnkişaf Partiyası(AKP) və Cənab Ərdoğan bunları siyasi arenadan təmizləməyə başladığından etibarən siyasi müxalifət etməyə başladılar. Siyasi müxalifət üçün bir çox instrumentlərdən istifadə etdilər. Məsələn Səid-İ Nursidən bəhs etməyə başladılar. Heç bir zaman din ilə bağlı gündəm yaratmazkən artıq dindən bəhs etməyə başladılar. Əvəllər dövlət daxili konfliktlərdə tərəfsiz qalmağı seçərkən artıq tam tərsinə çox ciddi ittifaqlara yönəldilər. Məsələn, HDP(Xalqın demokratiya part) ilə PKK-ya yönəldilər. Zaman qəzetinin yazı işləri müdiri Əkrəm Dumanlı Diyarbəkirdə bunların təmsilçiləri ilə görüşdü.
Eyni şəkildə, Cumhuriyyət qəzeti və yazı işləri müdiri Can Dündarla ittifaqa girdilər. Bunun kimi ittifaqlarla bir araya gələrək AKP-yə qarşı müxalifət strategiyası mənimsədilər. Və bunun üçün hər rəngə, hər formaya girməkdən əsla çəkinmədilər. Hətta röyalardan belə istifadə etdilər. Nəzərə almaq gərəkir ki, röyalar bu camaatə ayaqda tutan ən önəmli və ideal motivasiyalardan biridir. Belə ki, cammat içində hərkəs Fətulla Gülənin, röyalarda Peyğəmbər Əfəndimiz ilə görüşüb, ondan əmr aldığına inanır.

Əslində, Peyğəmbəri öz yanlarında göstərməklə bir növ dini, dinə qarşı da istifadə edirlər. Çünkü, AKP seçicisi də dindar, namaz qılan, din azadlıqları mövzusunda böyük mübarizə aparan bir kütlədir. Məhz bu seçmənə qarşı təsirli və efektiv bir müxalifət tərzi ortaya qoymaq üçün dinə baş vururlar.
Məlumat axışı kökündən kəsilməlidir!
Baxmayaraq ki, 17-25 dekabr hökümətə qarşı hüquq darbesi, 15 iyul xunta hərakatı oldu yenə də bu camaatdan qopmayan kəsimlər vardır. Bu məsələnin kökündən həlli üçün mütləq mənada camattın, nüvə heyəti(idarə heyəti) ilə təmasını ortadan qaldırmaq lazımdır. Nüvə heyətinin varlığını davam etdirməsi, xaricdə olması və bir çox şəbəkələr vasitəsiylə cammat üzvləriylə məlumat axısını davam etdirməsi məsələnin həllini yubadır. Buna görə mütləq mənada nüvə heyətinin təmizlənməsi lazımdır. Türkiyənin bunda təkid etməsi lazımdır. Çünkü haqqında bəhs etdiyimiz strukturun öz ağlı ilə düşünmə imkanı yoxdur. Yəni, loruca buna bənzəyir; Hz. Musa yahudiləri firondan xilas edir və “Buyurun gedək, müharibə edək və orda bir yurd salaq” deyir. Yahudilər isə, “Sən get Rəbbin ilə savaş” deyirlər. Çünkü Yahudilər fironun qəyyumluğu altında yaşaya yaşaya iradələrini itirmişdilər. Eyniylə, burada da bu tərz bir hal vardır. Bu strukturda generallar, professorlar vardır lakin düşünmə yoxdur, ağıl, subyekt(mübtəda) ölmüşdür. Bu səbəplə nüvə heyətə ehtiyac vardır. Strukturun yenidən hərəkətə keçməsi üçün mütləq nüvə heyətin yönləndirməsinə ehtiyac vardır.

Qısacası bu zəhərin anti-zəhəri nüvə heyəti(idarə heyəti) ilə təmasın ortadan qaldırılmasıdır.

 

Yeniçağ.az

www.yenicag.az

883
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv