!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fevralda Azərbaycanın xarici ticarət tərəfdaşı olan 10 əsas ölkə - SİYAHI

!Reklam – Yazi

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrin adları məlum olub.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, hesabat dövründə İtaliya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr siyahısında birinci pillədə qərarlaşıb.

Belə ki, dövr ərzində Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 2,3 milyard ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 450,1 milyon ABŞ dolları və ya 24,6% çoxdur. İtaliya ilə aparılan ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 25,59%-ni təşkil edib.

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr siyahısında ikinci pillədə isə Türkiyə qərarlaşıb. Bu ilin fevralın 1-nə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 25 milyon ABŞ dolları və ya 2,5% artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

www.yenicag.az

78
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv