Fevralın 24-də “Elm haqqında” qanun layihəsinə baxılacaq
“Milli Məclisin növbəti plenar iclası fevral ayının 24-də keçiriləcək. Gündəliyə 20 məsələnin daxil edilməsi təklif olunub”. Bunu açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə bir çox qanunlara dəyişiklik nəzərdə tutulur.
Belə ki, “Mülki məcəllə haqqında”, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında”, “İnzibati xətalar Məcəlləsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Ünvanlı dövlət sosial yardım haqqında”, “Tibbi sığorta haqqında” , “Televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik ediləcək.
Mətbuat katibi başıbəlalı “Elm haqqında” qanun layihəsi haqqında da danışıb.
““Elm haqqında” Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda gündəliyə təklif olunub. Fevralın 24-də keçiriləcək iclasda “Elm haqqında” qanun layihəsi konseptual baxımdan müzakirə olunacaq”(modern).