“Facebook” şirkəti Afrika qitəsi boru sualtı kabel çəkməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu cür addımın məqsədinin internetə genişzolaqlı çıxışın xərclərinin azaldılması və yerli əhalinin sosial şəbəkədə daha asan qeydiyyatdan keçməsi olduğu bildirilib.
“Kral Lir” cizgi filmi qəhrəmanının şərəfinə “Simba” adlanacaq yeni layihə çərçivəsində kontinentin şərq, qərb və Aralıq dənizi sahillərindəki bir neçə ölkədən keçməklə adı çəkilən regionların yüksək sürətli internetlə təminatına şərait yaradacaq.
Feysbuk təmsilçisi xəbəri şərh etmək istəməsə də, təmsil etdiyi qurumun sualtı kabellər məsələsində bütün regionu diqqətində saxladığını qeyd edib.
Qeyd edək ki, daha əvvəl şirkət Şimali Amerika, Avropa və Şərqi Asiyanı əhatə edəcək layihələr icra edib.
www.yenicag.az