!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəzail Ağamalıdan yayılan xəbərlərə REAKSİYA: "Fağır biri əlinizə düşüb, ora çəkin, bura çəkin"

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, sabiq deputat Fəzail Ağamalı və ailəsi kredit borcu ilə əlaqədar məhkəməyə verilib. Onların şirkət üçün əldə etdikləri kredit borclarını vaxtında ödəmədikləri bildirilir.

Yenicga.az xəbər verir ki, Globalinfo.az-a danışan Fəzail Ağamalı xəbəri təsdiq edib:

“Fəzail Ağamalı kimi fağır biri əlinizə düşüb, ora çəkin, bura çəkin. Kimin borcu yoxdur axı?! Bu dəqiqə az qala hər kəs kredit götürür. Burada nə var ki? Bankda kredit borcumun olmasından utanmıram, utanılası heç nə yoxdur”.

Qeyd edək ki, Fəzail Ağamalıya aid olan “Agricola” şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəbdən “Aqrarkredit” QSC əsas borclu olan “Agricola” şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı, deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.

“Aqrarkredit” QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

COP29

www.yenicag.az

80
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv