Fəzail İbrahimli Göytəpədə şəhidliyi ziyarət etdi

media-hightechnic-468x90

VHP sədrinin müavini, millət vəkili Fəzail İbrahimli Göytəpə şəhərində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mürsəlov Vüqar Mirəzbər oğlunun abidəsini və İkinci Qarabağ mübaribəsi şəhidi, Vətən müharibəsi qəhrəmanı Rəşad Arif oğlu Abdullayevin ev muzeyini ziyarət edib.

Millət vəkili mərdlik və qəhrəmanlıq tariximizi yazan igid Vətən övladlarının keçdikləri şərəfli döyüş yolu və qəhrəmanlıq hekayələri ilə tanış olub. F.İbrahimli
Göytəpə şəhər məzarlığında uyuyan şəhidlərin və naməlum əsgərin məzarları da ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda cəsarətlə döyüşərək haqq savaşını zəfərlə başa vuran, qəhrəmanlıq göstərmiş və canını fəda etmiş şəhidlərin ruhlarına dualar oxundu. Daha sonra Milli Məclisin deputatı Fəzail İbrahimli Göytəpə şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Qəbulda rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Seçicilər onları narahat edən məsələlərlə bağlı şikayət, müraciət və təkliflərini millət vəkilinə çatdırıb. Bir sıra məsələlər yerində həll edilib. Digər məsələlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi və onların həlli üçün səy göstəriləcəyi bildirilib.

Millət vəkili Fəzail İbrahimli bu görüşlərin vətəndaşların problemlərinin həllinə daha effektiv yanaşmaq məqsədi daşıması baxımından səmərəli olduğunu və gələcəkdə də bu cür görüşlərin davam etdiriləcəyini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600