FHN Ağsudakı güclü yanğınla bağlı məlumat yaydı – Yenicag.Az

Reklam

Reklam

Fövqəladə Hallar Nazirliyi Ağsu rayonunun Bico kəndi yaxınlığındakı güclü yanğınla bağlı məlumat yayıb.

Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, 12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib.

Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası, Mülkü Müdafiə Qoşunlarının (MMQ) müvafiq qüvvələri, Aviasiya dəstəsinin “Be-200 ÇS” amfibiya təyyarəsi və “Mi-17” yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğının söndürülməsinə 15 texnika, 80 nəfər canlı qüvvə cəlb edilib.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində qısa müddətdə bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb.

Yanğın nəticəsində 400 ha sahədə biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanıb.

Yanğın saat 21:03-də söndürülüb.

Yanğından yaxınlıqdakı əkin sahələri və digər ərazilər mühafizə olunub.

Yanğınsöndürmə işlərinə Ağsu rayonu İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilib.

DYMX-nın yanğın bölmələri və MMQ-nın müvafiq qüvvələri tərəfindən ərazidə növbətçilik aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6937
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."