Prezident Səfər Mehdiyevin işdən çıxartdığı məmuru daha yüksək vəzifəyə təyin etdi - Yenilənib

media-hightechnic-468x90

Baba Hacı-Baba oğlu Salayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.

Yenicag.az məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, B.  Salayev bu təyinata qədər Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. Sumqayıtın millət vəkili olan Hacı Salayevin qardaşı Baba Salayev bu ilin mayında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmrinə əsasən vəzifəsindən azad edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600