FHN cənub zonasındakı daşqınlarla bağlı məlumat yaydı

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyi (FHN) yağışların Lənkəran və Astarada törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, məlumatda bunlar qeyd olunub:

Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.Eyni zamanda, Lənkəran çayında suyun səviyyəsi artıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunub. Əlavə məlumat veriləcək.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600