FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600