FHN rəhbərinin oğlu şirkət rəhbəri oldu
FHN rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov ilk dəfə rəsmən Azərbaycanda yaradılan kommersiya şirkətinin rəhbəri olub.
Şirkətin ofisi Heydərovlara məxsus Kempinski Badamdar Baku hotelindədir. KİV-də bu yaxınlarda gedən məlumata görə, 17 fevralda “Sabah P&D International” MMC qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur.
Buna qədər T. Heydərov London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci il) Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) təsisçisi, “Qəbələ” futbol klubunun prezidenti idi. Xaricdə United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri idi(qafqazinfo.az).