Fidandan İsrailin İran siyasətçilərinə qarşı sui-qəsdlərinə REAKSİYA

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin İran rəhbərliyinin nümayəndələrini aradan qaldırmaq tədbirlərini qanunsuz və müharibə aparma qaydalarına uyğun olmayan addımlar kimi xarakterizə edib.

media-banner_tkm

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Fidan bu barədə Ankarada Kanadanın xarici işlər naziri Anita Anand ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, İsrailin həyata keçirdiyi siyasi qətllər, xüsusilə İran dövlət xadimlərinə qarşı olanlar, həqiqətən də, qanunsuzdur və hərbi hüquq normalarının hüdudlarından kənara çıxır.

“Buna görə də bu hərəkətlərə ən qısa zamanda son qoyulmalıdır”, – Fidan deyib.

Qeyd edək ki, İranın dini lideri Əli Xamenei fevralın 28-də öldürülüb. Bu gün isə Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyü açıqlanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05