FIDE Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardım edəcək

media-hightechnic-468x90

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Türkiyə və Suriyada baş vermiş zəlzələdə zərər çəkənlərə yardım edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə FIDE-nin paylaşımında bildirilib.

Qeyd olunub ki, onların vəziyyəti və ilkin ehtiyacları haqqında daha dəqiq informasiya alındıqdan sonra prosesə start veriləcək.

Bundan başqa, qurum faciəvi şəkildə həlak olanlara görə Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

“Bu çətin zamanda düşüncələrimiz və dualarımız onlarladır”, – vurğulanıb.

Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600