FİFA-da növbəti şok
FİFA prezidenti İosif Blatter postundan imtina edir.
O, bu barədə bu gün keçirdiyi xüsusi mətbuat konfransında məlumat verib.
“Mən FİFA-nın yeni seçkiləri üçün növbədənkənar konqres keçirəcəyəm. Və bu seçkilərdə iştirak etməyəcəyəm”-, deyə Blatter bildirib.
Qeyd edək ki, Blatter FİFA-ya 1998-ci ildən bəri rəhbərlik edib. Sonuncu dəfə o, ötən ayın 29-u keçirilən seçkilərdə növbəti 5 il müddətinə prezident seçilmişdi. Onun seçkidəki qalibiyyətinin üstündən 4 gün sonra verdiyi bu açıqlama birmənalı qarşılanmayıb. Qərarın FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqəli olduğu deyilir.