Firdovsi Məmmədov icraçı direktor təyin olundu

media-hightechnic-468x90

Tanınmış həkim-uroloq Firdovsi Məmmədov Zəfəran Hospitalın Baş həkimi vəzifəsindən ayrılıb. 

media-banner_tkm

Yenicag.az xəbər verir, o, Avropa Beynəlxalq Hospitalın İcraçı direktoru vəzifəsinə təyin olunub.

F.Məmmədov bu özəl klinikada fəaliyyətini eyni zamanda uroloq kimi də davam etdirəcək.

Xatırladaq ki, F.Məmmədov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 2000-2007-ci illərdə İstanbul Universiteti Çapa Tibb Fakultəsinin Urologiya kafedrasında təkmilləşmə kursu keçib. 2003-2014-cü illərdə Mərkəzi Klinik Xəstəxanada uroloq–androloq, 2014-2015-ci illərdə Avrasiya Hospitalında Baş həkimin müavini və uroloq vəzifəsində işləyib.

2016-cı ildən isə Zəfəran Hospitalda Baş həkim və uroloq olaraq fəaliyyət göstərirdi./İqtisadiyyat.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05