Firəngiz Mütəlimovadan DOĞUM GÜNÜ ETİRAFI: “Bundan böyük xoşbəxtlik ola bilməz”

media-hightechnic-468x90

 

“Qardaşım İlhamdan sonra təmtəraqlı doğum günləri qeyd etmirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sevilən aktrisa, Xalq artisti Firəngiz Mütəllimova doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Tamaşaçılarının, sevənlərinin sonsuz sevgisi ilə xoşbəxtliyin, eyni zamanda, sənətin zirvəsində olan aktrisa üçün ən böyük hədiyyə də elə bu sevgidir:

“Qardaşım İlhamdan sonra təmtəraqlı doğum günləri qeyd etmirəm. Sadəcə ailə üzvlərim-bacılarım, özüm, bacımın balaları qardaşımın həyat yoldaşı, oğlu, nəvəsi yığışıb evimizdə qeyd edirik. Ovqatım çox yüksəkdir, səhərdən telefonlarım susmur. Bütün televiziyalar, jurnalistlər, sevənlərim hamısı zəng edir, xoş sözlər söyləyir. Teatrşünas İlham Rəhimli haqqımda çox gözəl bir yazı yazıb. Xalqımın mənə olan sonsuz sevgisini həmişə hiss etmişəm, görmüşəm. Məni yaşadan bu sevgidir. Bundan böyük xoşbəxtlik ola bilməz. Fikirləşirəm ki, əbəs yerə bu sənətdə olmamışam, buna görə Allahıma sonsuz şükürlər olsun”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600