!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Firənglərin Cənubi Qafqaz ARZUSU: “Toqquşma olacağı təqdirdə...”

!Reklam – Yazi

 

“Regionda müharibə, toqquşma təhlükəsi var”.

Bu fikri Fransanın Cənubi Qafqazda aktivləşməsi və Ermənistanı silahlandırmağa davam etməsini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövsən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Fransa Afrikada itirdiklərini Cənubi Qafqazda qazanmaq istəyir:

“Fransanı düşündürən nə ermənilərdir, nə də Ermənistan. Fransanın məqsədi həm Afrikada itirdiyi mövqeləri qazanmaq, həm də tranzit yolu üzərində pay sahibi olmaq istəyi ilə bağlıdır. Ona görə də Fransa Ermənistanın güclənməsi, ordusunun yenidən formalaşması üçün addımlar atır. Fransa Ermənistanın silahlanması üçün əlindən gələni edir. Bu silahlanma təkcə Azərbaycana görə də deyil. Açıq şəkildə görürük ki, dünyanın bölüşdürülməsi gedir. Fransa kimi imperialist dövlət də bundan pay sahibi olmaq niyyətindədir”.

Hərbi ekspert diqqətə çatdırıb ki, Ermənistan tərəfi də Fransanın bu addımlarından ilhamlanaraq iştahalanır:

“Hesab edirəm ki, Ermənistan tərəfinin bu cür iştahalanması əbəsdir. Çünki onlar da bilir ki, əgər toqquşma olacağı təqdirdə, yenə itirən tərəf olacaqlar. Ancaq öz rollarını yaxşı oynayırlar. Qeyd etmək lazımdır ki, regionda maraqları olan böyük dövlətlər var. Onların burada nə qədər ki, maraqları təmin olunmayıb, regionda müharibə və toqquşma təhlükəsi var. Ona görə də Azərbaycan tərəfi daim hazır olmalıdır. Təkcə müharibəyə yox, elə təxribatlara da hazır olmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

87
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv