Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fişinq-hücumları ilə bağlı yeni XƏBƏR

2020-ci ilin noyabrında .az domenində 78 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşüb.

Yenicag.az bu barədə “Netcraft” analitika şirkətinin hesabatına istinadən məlumat verir.

Məlumata görə, bu milli domendə qeydiiyyata alınan internet resurslara hücumun 1,7 faizini təşkil edir.

Ümumilikdə, yerli domendə 461 sayt fişinq hücumuna məruz qalıb ki, bu da oktyabr ayı ilə müqayisədə 25,8 faiz azdır.

Bu günədək .az domenində 36 mindən çox sayt qeydiyyatdan keçib.

Ukraynada hər 204 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşür.

Özbəkistanda 325 sayta 1, Rusiyada 51 sayta 1, Belarusda 886 sayta 1, Ermənistanda 152 sayta 1, Qazaxıstanda 650 sayta 1, Gürcüstanda 214 sayta 1, Tacikistanda 141 sayta 1, Latviyada 109 sayta 1, Estoniyada 130 sayta 1, Litvada 43 sayta 1 hücum düşür.

www.yenicag.az

227