“Fitch” növbəti hesabatını açıqladı

media-hightechnic-468x90

“Fitch” beynəlxalq reytinq agentliyi “Qlobal İqtisadi Vəziyyət” hesabatını yayımlayıb.

Yenicag.az xəbər verir ki, qurum dünya iqtisadiyyatının bu il 3,9 faiz kiçiləcəyi proqnozunu 4,6 faizə çıxarıb. Hesabatda qlobal iqtisadiyyatın 2021-ci ildə 5,1 faiz böyüyəcəyi də proqnozlaşdırılıb.

Həmçinin Avropanı ən böyük iqtisadiyyatı olan Almaniyada bu il 6,7 faiz, İtaliyada 9,5, İspaniya iqtisadiyyatında 9,6, Fransada 9 və Böyük Britaniya iqtisadiyyatında isə 7,8 faiz kiçilmə gözlənildiyi qeyd olunub. ABŞ iqtisadiyyatının da bu il 5,6 faiz daralacağı, 2021-ci ildə isə 4 faiz böyüyəcəyi proqnozlaşdırılır.

Agentlik Türkiyə iqtisadiyyatının kiçilmə proqnozunu da yeniləyib və 2 faizdən 3 faizə çıxarıb. Növbəti il isə Türkiyədə 5 faiz böyümə müşahidə ediləcəyi qeyd olunub./Qaynarinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600