Flaminqoların maraqlı ov texnikası üzə çıxdı

media-hightechnic-468x90

ABŞ-də aparılan araşdırma flaminqoların su altında kiçik girdablar yaradaraq ov etdiyini üzə çıxarıb.

Kaliforniya Universitetinin bioloqu Viktor Ortega-Ximenez və komandası, Nəşvil Zooparkında apardıqları təcrübədə flaminqoların ayaqları və dimdikləri vasitəsilə suyun dibində sürətli girdablar yaratdığını müşahidə edib.

Bu girdablar sayəsində mikroskopik canlılar qaçmağa macal tapmır.

Məlum olub ki, quşlar əvvəlcə ayaqları ilə palçığı sıxaraq qida maddələrini ayırır, sonra başlarını yuxarı qaldıraraq girdabı səthə çəkir və yemləri cəmləyir. Son olaraq isə L formalı dimdiklərini sürətlə hərəkət etdirərək yemləri udurlar.

Alimlər flaminqoların passiv deyil, aktiv ov texnikasına malik olduqlarını bildirir. Araşdırma PNAS elmi jurnalında dərc olunub.

Bioloqlar hesab edir ki, bu mexanizmlər gələcəkdə dənizlərdə mikroplastik və zərərli yosunların təmizlənməsi texnologiyalarına ilham verə bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600