“FLO” ayaqqabı mağazasında yeni kampaniyaya start verilib.
Yenicag.az bildirir ki, kampaniya çərçivəsində bir məhsul alana ikincisi pulsuz təqdim edilir.
Lakin anormallıq ondan ibarətdir ki, kampaniyaya yalnız köhnə məhsullar aiddir. Reklamı görüb, həvəslə mağazaya daxil olan müştəri isə yaxınlaşıb bəyəndiyi malı seçir, pulunu ödəyib ikinci ayaqqabı haqqını da tələb edəndə məlum olur ki, sən demə, kampaniyaya yeni mövsümün ayaqqabıları daxil deyilmiş.
Digər anormallıq isə ondan ibarətdir ki, lap köhnə, dəbdə olmayan məhsulu seçsən belə, yalnız ən bahalı ayaqqabının pulunu ödəməlisən. Bundan başqa “FLO” rəhbərliyi “1+1” kampaniyası çərçivəsində müştərinin seçdiyi 2 ayaqqabı arasında olan qiymət fərqini də ödəməyə icazə vermir.
Görünür, brend mağazanın rəhbərliyi üçün bir nömrəli məsələ müştəri məmnuniyyəti yox, insanları aldatmaqdan ibarətdir.
www.yenicag.az