“Səni hər xatırladıqca üzümdə bəxş etdiyin təbəssümün vardı”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aslan Hüseynovun ölümü ilə bağlı xalq artisti Flora Kərimova qeyd edib.
Xalq artisti itkidən hiss etdiyi sarsıntını belə dilə gətirib:
“Səni çox sevirəm oğul! Səni hər xatırladıqca üzümdə bəxş etdiyin təbəssümün vardı. Bu gün yoxluğuna ağlayacağım ağlıma gəlməzdi! NİYƏ-si, BƏLKƏ-si, KAŞKİ-si olmayan qədərimizi yaşayırıq!
UCA YARADANDAN SƏNƏ RƏHMƏT DİLƏYİRƏM!
Ruhun şad olsun!”
www.yenicag.az