Xalq artisti Flora Kərimovanın baş rola çəkildiyi “Qaynana 2018” filmi ilə bağlı mətbuat konfransı keçiriləcək.
Yenicag.az xəbər verir ki, tədbirdə xalq artisti Flora Kərimova, İlham Namiq Kamal, Gülşad Baxşıyeva, aktyorlar Elməddin Cəfərov, Sevinc Əliyeva, Riad Abdulov və yaradıcı heyət iştirak edəcək.
Qeyd edək ki, filmdə müasir qayınananı tərənnüm edən Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur.
Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadədir.
Tədbir 7 dekabr saat 16:30-da “Hyatt Regency” oteldə baş tutacaq.
Cəvahir