Dövrün BƏLASI: Qadın qətllərində kimdir müqəssir? – Psixoloq RƏYİ

media-hightechnic-468x90

Son vaxtlar Azərbaycanda baş verən qadın qətllərinə cəmiyyətin reaksiyası ürəkaçan deyil. Sosial şəbəkələrdə bu tip xəbərlərə şərh yazanlar, əsasən, qadınları günahlandırır, bütün qadın qətllərinin günahını birbaşa qadında olduğunu düşünürlər. Bu isə çox yanlış fikir olduğu qədər cəmiyyətin bu düşüncədə olması ölkəmizin qlobal problemidir.

Bəs bu problemləri necə həll etmək olar? Bu problemlər haradan qaynaqlanır?

Bu və digər sualları Yenicag.az-a şərh edən tanınmış psixoloq Vəfa Əkbər düşünür ki, bu problemlərin həlli insanların uşaq yaşlarından empatiya hissinin yüksək olmasından asılıdır:

media-vefa-ekber

“İnsanların qadın qətlləri kimi faciəvi hadisələrə qarşı empatiya göstərə bilməməsi, əslində, cəmiyyətin illərlə formalaşmış patriarxal düşüncə tərzindən qaynaqlanır. Günahı qadında axtarmaq – geyimindən tutmuş, davranışına qədər – bir müdafiə mexanizmidir: məsuliyyəti üzərindən atmaq, nəzarəti itirdiyi reallığını qəbul etməməkdir. Cəmiyyət aqressiya göstərir, çünki həm qorxur, həm də gücsüz hiss edir, amma bu aqressiya yanlış ünvana yönəlir”.

Psixoloq hesab edir ki, bu kimi kirli düşüncələrdən gəncləri uzaqlaşdırmağın tək yolu uşaq yaşlarından maariflənmədir:

“Problemi həll etməyin yolu uşaq yaşlarından başlayaraq empatiya, emosional tənzimləmə və gender bərabərliyi mövzusunda maarifləndirmədir. İnsanlara qadının “təhrik etmədiyini” yox, heç bir halda zorakılığın əsaslandırıla bilməyəcəyini öyrətmək lazımdır”.

Nurlan Cəfəri

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600