47 yaşlı subay MÜĞƏNNİ: “Buna görə evlənmək istəmirəm”
“60 yaşda məktəbə uşaq aparanda mənə nə deyərlər?! Ondansa sakit, rahat oturmuşam evimdə”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əkbər Əliyev “Söhbət var” verilişində deyib.
Subay müğənni bu yaşa qədər evlənməməsinin səbəbini açıqlayıb:
“Mən rahatlığıma düşkün adamam. Mənimki ev-işdir, sakitlik istəyirəm, yoxsa ki, evə gəlirsən, arvad “dır-dır-dır” edir. Bir də ki, bu yaşdan sonra nə evlənmək?! Nəyimə lazımdır?! 47 yaşım var, 47 yaşda evlənsəm, uşağı məktəbə aparanda neçə yaşım olacaq?! 54, lap olsun 60. 60 yaşda məktəbə uşaq aparanda mənə nə deyərlər?! Ondansa sakit, rahat oturmuşam evimdə. Lazım olanda sənət dostlarım olan bacılarıma zəng edirəm, dərdləşirəm, söhbətləşirik, evlənmək istəmirəm”.
Nehru