Türkiyənin xarici işlər və müdafiə nazirləri rəsmi səfərlə Pakistana getdilər

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər rəsmi səfərlə Pakistana gediblər.

Bu barədə Yenicag.az Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, səfər zamanı H.Fidan Pakistan tərəfi ilə qarşılıqlı maraq doğuran bütün əsas məsələləri müzakirə edəcək.

Yaşar Gülər Pakistan rəhbərliyi ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq.

“Səfər Pakistan və Türkiyə arasında qarşılıqlı etimada əsaslanan qardaşlıq əlaqələrini əks etdirir”, – qurumun məlumatında bildirilib./report

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600