“Azadlıqdan məhrumetməyə mən rəhbərlik edəcəyəm” – Paşinyan ölkədə repressiyanı GÜCLƏNDİRİR

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın günlərdə atacağı addımlar, xüsusilə də kilsə rəhbərliyi və bəzi tanınmış şəxslərə qarşı həyata keçirəcəyi ehtimal olunan tədbirlər hakim komanda daxilində suallar doğurub.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Erməni nəşri yazır ki, “Vətəndaş Müqaviləsi” (VM) fraksiyasının bir sıra üzvləri Paşinyanın planlarından xəbərsiz olduqlarını bildiriblər. Onların sözlərinə görə, Baş nazir yalnız yaxın çevrəsinə məlumat verir, komanda üzvlərinin əksəriyyəti isə onun qərarlarını mətbuat və sosial media vasitəsilə öyrənir.

Baş nazirin “azadlıqdan məhrumetməyə mən rəhbərlik edəcəyəm” ifadəsi, xüsusilə qeyri-müəyyənlik yaradıb. Bu bəyanat Paşinyanın yaxın vaxtlarda kilsə rəhbərliyi ilə bağlı hərəkətə keçə biləcəyi ehtimallarını gücləndirib. Eyni zamanda bəzi mənbələr Paşinyanın parlament, eləcə də iş adamı Samvel Karapetyanın ailə üzvləri və yaxın çevrəsinə qarşı həbsləri davam etdirə biləcəyini iddia edirlər. Məlumata əsasən, bu şəxslər Paşinyanın “hakimiyyətə qarşı fərqli üsullarla mübarizə aparmaq niyyətində olanlar” kimi qiymətləndirdiyi qruplar arasında yer alır.

Qeyd edək ki, parlamentdə növbədənkənar sessiya başa çatsa da, hakim partiya üzvləri yaxın günlərdə yeni proseslərin baş verəcəyini gözlədiklərini bildiriblər.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600