Brüssel, Doha, yoxsa Riyad? – Sülh müqaviləsi hansı şəhərdə İMZALANACAQ?

media-hightechnic-468x90

“Əgər qısa zamanda müqavilə bağlanmasa, Rusiya Cənubi Qafqazı Ermənistanın vasitəsi ilə barıt çəlləyinə çevirəcək”.

Bu sözləri Azərbaycan-Ermənistan arasında sülh danışıqları, Dubayda iddia edilən İlham Əliyev Nikol Paşinyan görüşünü Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

media-yusif_barzad

O, bildirib ki, qısa zamanda sülh müqaviləsi bağlanacaq:

“Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması labüddür və proseslər də onu göstərir ki, müqavilə nə qədər tez bağlansa, hər iki dövlət və region üçün yaxşıdır. Ermənistanın dövlətçilik ənənəsi olmayıb, erməniləri həmişə kilsə idarə edib. Kilsə hazırkı hakimiyyətə və Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasına qarşıdır. Rusiya birmənalı şəkildə bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına ehtiyac yoxdur. Ona görə də qısa zamanda bu müqavilə bağlanmalıdır”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Türkiyənin nəzarəti alına keçəcək:

“Hadisələr onu göstərir ki, bu məsələnin həllində Türkiyənin rolu böyük olacaq. Rusiya bu məsələlərə qısqanclıqla yanaşır. Ola bilsin ki, 2026-cı ilə kimi Ermənistanda hakimiyyət dəyişikliyi olsun. Paşinyan hakimiyyəti kifayət qədər proqmatik addımlar atır. Paşinyan 2026-cı ilə saxlamadı, əsas rəqiblərinə qarşı indidən mübarizə aparır. Paşinyana müxalif qrupların arxasında Rusiya dayanır”.

“Sülh müqaviləsinin neytral bir məkanda bağlanması realdır. Sülh müqaviləsi tez bir zamanda balansa Türkiyə Rusiya münasibətlərinə və digər dövlətlərə təsir edə bilər. Digər tərəfdən, Səudiyyə Ərəbistanı və Qətər beynəlxalq münasibətlərin çözülməsində meydan alıb. Bu müqavilə Avropa İttifaqına aid bir məkanda, Brüsseldə də ola bilər. Yaxın zamanda müqavilə bağlanacaq. Başqa yol yoxdur. Əgər qısa zamanda müqavilə bağlanmasa, Rusiya Cənubi Qafqazı Ermənistanın vasitəsi ilə barıt çəlləyinə çevirəcək. Ermənistan öz seçimini etməlidir. Ya qonşularla əməkdaşlıq etməlidir, yaxud Rusiyanın forpostu olaraq qalmalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600