“Casus Keşişlər”, Karapetyan və Kremlin GİZLİ PLANI – Ermənistan Rusiyanı necə DƏF ETDİ?

media-hightechnic-468x90

“Rusiya Ermənistanda dövlət çevrilişi etməyə çalışsa da, buna nail ola bilmədi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

media-elcin_xalidbeyli

Analitik Ermənistan hakimiyyətinin Samvel Karapetyanı həbs etməsini şərh edərək bu həbsin Rusiyanın təsir dairəsinə düşməsinin qarşısının alınmağa çalışdığını vurğulayıb:

“Samvel Karapetyanın biznes adamından daha çox Rusiya kəşfiyyatının casusu kimi fəaliyyət göstərməsi Paşinyan hakimiyyətinə çoxdan məlum idi. Karapetyanın Ermənistanda Rusiyanın emissarı statusunda fəaliyyət göstərdiyi heç kimdə şübhə doğurmur. Bu sonrakı mərhələdə də Kremlin Karapetyanı Paşinyanın əvəzinə Ermənistanda hakimiyyətə hazırlaşdırdığı barədə məlumatlar da yayılmağa başladı”.

Politoloq qeyd edib ki, Rusiyanın planı Karapetyanı ən son mərhələdə siyasi səhnəyə çıxarmaq idi:

“Lakin Ermənistanda Paşinyan hakimiyyəti əleyhinə mitinqlər keçirilməsi bu planı dəyişib və uğursuz nəticə alınıb. Əslində, Karapetyan son mərhələdə siyasi səhnəyə çıxarılmalı idi, ancaq Ermənistanda Paşinyan hakimiyyətinə qarşı mübarizə Kremlin ümid etdiyi səviyyədə olmadığına görə, daha açıq desək, müxalif qüvvələr və kilsə Paşinyan hakimiyyətinə qarşı üstünlük qazana bilmədiyinə görə Kreml yeni lider olaraq Karapetyanı ön plana çıxardı. Paşinyan hakimiyyəti Kremlin gözlədiyindən daha inadkar və israrlı, qətiyyətli çıxdı. Kreml bu həbsi gözləmirdi, amma bu baş verdi”.

Kremlin Ermənistanda hakimiyyət çevrilişi cəhdinin uğursuz alındığını bildirən E. Xalidbəyli Paşinyanın son addımlarını belə şərh edib:

“Bununla da hökumət Kremlin Ermənistanda hakimiyyət çevrilişi etmək cəhdlərinin qarşısını müəyyən müddətlik də olsa, almış oldu. Hazırda bu proses hələ də davam edir. Dövlət çevrilişinə cəhddə iştirak etdikləri bildirilən bəzi şəxslər artıq həbs edilib. Erməni kilsəsinin yüksək rütbəli keşişləri həbs olunur, Rusiyanın Ermənistandakı tərəfdaşları həbs edilir. Eyni zamanda radikal revanşist qüvvələrin aparıcı şəxsləri həbs edilir, parlamentdə müxalifəti təmsil edən və Rusiyaya casusluq etdiyi bildirilən bəzi deputatların toxunulmazlığı ləğv olunaraq həbs edilir”.

“Ermənistanda genişmiqyaslı həbs prosesi mövcuddur və Paşinyan hakimiyyəti bunu ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq prosesi kimi təqdim etməyə çalışır. Paşinyan hakimiyyəti özünü Ermənistanda dövlət çevrilişi etmək istəyənlər ilə həlledici mübarizə apardığını göstərib mediaya servis edir. Düşünürəm ki, bu iki tərəfdən birinin məğlub olub sıradan çıxması qaçınılmazdır”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600