Tramp və Netanyahu Oval kabinetdə yenidən GÖRÜŞDÜLƏR

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu 48 saat ərzində ikinci dəfə Ağ Evdəki Oval kabinetdə görüşüblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, CNN-in yaydığı məlumata görə, görüşün əsas mövzusu Qəzzada atəşkəs olub. Tramp görüş zamanı “Qəzzada problemi həll etməliyik” ifadəsini işlədib və tərəflər arasında sülh razılaşmasının zəruriliyini vurğulayıb.

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff həftənin sonuna qədər 60 günlük atəşkəslə bağlı razılaşma əldə olunacağına ümid etdiyini bildirib. O, mümkün razılaşmaya əsasən, 10 məhbusun azad ediləcəyini, 9 məhbusun isə cənazələrinin təhvil veriləcəyini açıqlayıb. İsraillə HƏMAS arasında fikir ayrılıqlarının böyük ölçüdə aradan qaldırıldığı bildirilir. Lakin Tramp və Netanyahunun son görüşündən sonra hələlik rəsmi açıqlama verilməyib.

Göycə Göycəyev

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05