!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Forbes" açıqladı: Dünyanın ən nüfuzlu qadınları kimdir?

!Reklam – Yazi

“Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının reytinq cədvəlini açıqlayıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Almaniya Kansleri Angela Merkel “Forbes” jurnalı tərəfindən tərtib edilən dünyanın ən nüfuzlu qadınları reytinqində birinci yeri tutub..

Reytinqdə, ümumilikdə, 100 ən nüfuzlu qadının adı yer alıb.

A.Merkel ardıcıl səkkizinci dəfə reytinqin ilk pilləsində qərarlaşıb. Ümumilikdə, Almaniya kansleri bu ada 13 dəfə layiq görülüb.

İkinci yerdə Böyük Britaniyanın Baş naziri Tereza Mey, üçüncü sırada isə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard qərarlaşıb.

İlk beşlikdə həmçinin “General Motors” avtomobil korporasiyasının prezidenti Meri Barra və ABŞ-ın “Fidelity Investments” maliyyə korporasiyasının rəhbəri Abiqeyl Conson yer alıb.

Amerikalı müğənni Beyonse “Forbes”un reytinqində 50-ci sıranı qərarlaşıb.

www.yenicag.az

2175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv