!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Forbes”in gözlənilməz PROQNOZU: “Rusiya “neft savaşı”nda Səudiyyə Ərəbistanını əzəcək”

!Reklam – Yazi

OPEK+ anlaşmasının pozulmasından sonra Rusiyanın qlobal neft rəqabətində ciddi üstünlük əldə edəcəyi bildirilir.

Yenicag.az xəbər verir ki, nüfuzlu “Forbes” nəşri OPEK+ razılaşmasının ortadan qalxmasından sonra vüsət alan “neft savaşı”nda Rusiyanın Səudiyyə Ərəbistanına qalib gələcəyini proqnozlaşdırır.

Bu proqnozun yer aldığı məqalənin müəllifi Ellen R. Vald Rusiyanın sözügedən rəqabətdən qalib çıxacağını söyləməyə əsas verən bir sıra səbəbləri sadalayıb.

Müəllifin fikrincə, əvvəla, Rusiya prezidenti Vladimir Putin və enerji naziri Aleksandr Novakdan fərqli olaraq, Səudiyyə Ərəbistanının rəhbərliyi neft məsələsində optimal qərar vermək qabiliyyətində deyil.

İkincisi isə, Rusiyanın bu mübarizəni davam etdirməyə hazır olmasına baxmayaraq, Səudiyyə Ərəbistanının daha tez geri çəkiləcəyi və vəziyyəti düzəltmək üçün OPEK-i yardıma çağıracağı qətiyyən istisna edilmir.

Müəllif əlavə edib ki, “Saudi Aramco”nun satışa çıxarılmasından sonra Krallığın hər 5 təbəəsindən 1-i şirkətin səhmlərini satın alıb, hətta bu məqsədlə kredit götürənlər də olub. Lakin OPEK+ anlaşması pozulduqdan sonra “Saudi Aramco”nun səhmləri kəskin ucuzlaşıb və bu tendensiya davam etməkdədir.

Bu və digər amilləri nəzərə alan Ellen R. Vald hesab edir ki, bir müddətdən sonra Səudiyyə Ərəbistanı üzləşdiyi çətinliyə boyun əyəcək: “Amma Krallıq liderlərinin bu vəziyyətdə öz simalarını necə qoruyacaqları böyük sual altındadır”.

www.yenicag.az

1029
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv