Avtomobil yarışları üzrə Dünya Çempionatının Bakıda keçiriləcək Formula-1 Avropa Qran-Pri mərhələsinin təşkilatçıları müəyyən ərazilərdə spirtli içkilərin istifadəsinə icazə verəcək.
Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə yarışın promouteri Arif Rəhimov bildirib.
“Biz dünyəvi dövlətik və spirtli içkiləri qadağan etməyi düşünmürük. Müəyyən ərazilərdə icazə veriləcək”, – Rəhimov deyib.
Qeyd edək ki, Avropa Qran-Prisi (2016-cı il 17-19 iyun) ilk dəfə olaraq Bakı küçələrində keçiriləcək. Trasın uzunluğu 6 km-dan ibarət olacaq.
Təşkilatçılar bolidaların maksimal sürətinin saatda 340 km olacağına ümid edirlər.
www.yenicag.az