!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa "Apple"i 25 milyon avro cərimələdi - ŞOK SƏBƏB

!Reklam – Yazi

Fransanın rəqabət, istehlak və dələduzluqla mübarizə məsələləri üzrə general direktoratı olan DGCCRF “Apple” şirkətini 25 milyon avro (27 milyon dollar) dəyərində cərimələyib.

Yenicag.az xəbər verir ki, buna səbəb şirkətin öz istifadəçilərini iOS yenilənməsindən sonra köhnə “iPhone” modellərinin zəif işləyəcəyi barədə məlumatlandırmamasıdır.

“Apple” şirkəti isə bu cəriməyə heç bir etiraz etməyib və 1 ay ərzində bu məsələ ilə bağlı açıqlamanı öz saytında verəcəyini bildirib.

Qeyd edək ki,  2017-ci ildə təqdim edilmiş iOS yenilənmələrindən (iOS 10.2.1 və iOS 11.2) sonra, əməliyyat sistemləri müəyyən şərtlər altında köhnə batareyalara sahib “iPhone” – “iPhone 6”, “iPhone 7” və “iPhone SE” smartfon modellərini zəiflədirlər.Bu səbəbdən istifadəçilər yeni “iPhone” modeli almaq və ya istifadə etdikləri batareyalarını dəyişdirmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında “Apple” şirkəti köhnə “iPhone” modellərinin bilərəkdən zəiflədilməsini etiraf etmişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, bunun əsas səbəbi smartfondakı batareyanın fəaliyyət dövrünü yüksəltməkdir. Bu isə öz növbəsində şirkətə qarşı çoxlu sayda məhkəmə iddiasını gətirdi. Nəticədə şirkət istifadəçilərdən üzr istəyərək 2018-ci ildə “iPhone” batareyalarının dəyişdirilməsi qiymətini 79$-dan 29$-a saldı. Hal hazırda isə “iPhone” batareyasını 69$-a dəyişmək olar.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv