Fransa hökumətinin başına yeni şəxs gətirilib

media-hightechnic-468x90

uihuhiuyuighFransa prezidenti martın 31-i axşam saatlarında baş nazir Jan-Mark Eyronun istefasını qəbul edərək yeni hökuməti formalaşdırmağı Manuel Valsa tapşırıb.

Manuel Vals Jan-Mark Eyro hökumətində daxili işlər naziri postunu tuturdu.

1962-ci ildə İspaniyada doğulan Manuel Vals 20 yaşında Fransa vətəndaşlığı alıb.

Sosialist Partiyasının üzvü olan siyasətçi 2002, 2007 və 2012-ci illərdə parlamentin aşağı palatasının deputatı seçilib. 2012-ci ildə daxili işlər naziri təyin olunub.

Fransada hökumət dəyişikliyinə hakim Sosialist Partiyasının mart ayında keçirilən bələdiyyə seçkilərində uduzması səbəb olub(musavat.com).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa