Fransa Hörmüzdə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə hazır olduğunu açıqladı

media-hightechnic-468x90

Fransa Qırmızı dənizə “Şarl de Qoll” aviadaşıyıcısını göndərməklə Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hazır olduğunu nümayiş etdirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Yelisey Sarayının nümayəndəsi AFP-yə bildirib

“Bu, təkcə Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazır olduğumuzun deyil, həm də buna qadir olduğumuzun siqnalıdır”, – deyə Makron administrasiyasının rəsmisi deyib.

Bununla yanaşı, Fransa həm ABŞ-a, həm də İrana çağırış edib. Paris hesab edir ki, Tehran Vaşinqtonun təklif etdiyi məzmunlu danışıqlara razılıq verməli, ABŞ isə Hörmüz boğazının blokadasını aradan qaldırmalı və İranın danışıqlara hazırlığına cavab verməlidir.

Fransa tərəfi qeyd edib ki, bu şərtlər yerinə yetirildikdən sonra “dəniz koalisiyası” boğazdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün regionda fəaliyyətə başlaya bilər./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05