Fransa və Britaniya Ukraynaya ordu göndərir – 50 minlik hərbi kontingent planı!

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynada atəşkəsi təmin etmək üçün hərbi qüvvə yaratmaq planlarını açıqlayıblar.

Yenicag.az -ın xəbərinə görə, onların NATO-nun Nortvuddakı komandanlıq mərkəzində keçirdiyi mətbuat konfransı Fransa mətbuatı tərəfindən yayımlanıb.

Makronun sözlərinə görə, Ukraynada atəşkəsi təmin etmək üçün beynəlxalq qüvvələrin əsasına çevrilmək üçün nəzərdə tutulmuş Fransa-Britaniya birgə ekspedisiya kontingentinin sayı 50 min hərbçiyə çata bilər.

“Biz bu birləşmiş qüvvələrin sayını briqada səviyyəsindən ordu korpusu səviyyəsinə qədər artırırıq, yəni genişmiqyaslı əməliyyata cəlb oluna bilən hərbçilərin sayı 50 minə qədər ola bilər”, – Fransa lideri bildirib.

Onun sözlərinə görə, bu qüvvələr həm də “digər Avropa tərəfdaşlarını birləşdirə” və NATO-nun istifadəsinə verilə biləcək.

Starmer bildirib ki, koalisiyanın Parisdə qərargahı artıq fəaliyyətdədir və Kiyevlə məsləhətləşmələr əsasında idarəetmə strukturlarını yekunlaşdırır. Bir il sonra qərargah Londona köçürüləcək.

İki lider bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun da daxil olduğu “arzu edən ölkələrin koalisiyası”nın videokonfransına birgə ev sahibliyi etdikdən sonra açıqlama verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600