Fransada atışma oldu: Ölən və yaralanan var

media-hightechnic-468x90

Fransanın Marsel şəhərində atışma nəticəsində bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli hökumət nümayəndələri məlumat verib.

Bildirilib ki, atışmanın narkotik maddə alverçiləri arasında baş verdiyi ehtimal olunur.

Məlumata görə, hadisə Marsel şəhərinin Brikard dairəsində baş verib.

Vurğulanıb ki, bu ərazidə narkotacirlər arasında tez-tez qarşıdurma olur. Bu ilin əvvəlində orada baş verən atışma nəticəsində 14 nəfər ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa