İrana hücum planı masada, hədəf başqadır: "Alver predmeti..."

media-hightechnic-468x90

“Amerikanın İrana hücumu ABŞ-Çin və ABŞ-Rusiya danışıqlarının ‘alver predmetidir’. O danışıqlarda nə razılaşdırılacaqsa, ona uyğun addım atılacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

media-download-19

Politoloq ABŞ və İran arasında ötən həftə başlanacağı gözlənilən, lakin reallaşmayan müharibə ehtimalını şərh edib:

“Amerikanın İranı vuracağı ilə bağlı fikirlər son günlərdə intensiv şəkildə səsləndirilirdi. Bu məsələ qlobal miqyasda həll olunacaq bir problemdir. Bu, sırf İran və Amerikanın öz aralarında danışıb həll edəcəkləri məsələ deyil. İrana hücum məsələsi ABŞ-Çin və ABŞ-Rusiya danışıqlarının ‘alver predmetidir’. O danışıqlarda hansı qərarlar veriləcəksə, proseslər ona uyğun cərəyan edəcək. İsrail Amerikanı İrana hücum etməyə nə qədər məcbur etməyə çalışsa da, nəticə dəyişməyəcək.

Bəs Tramp ‘Epşteyn faylları’ məsələsinin gündəmi zəbt etməməsi üçün İrana qarşı müharibəyə başlayarmı? Bu bir az ritorik sualdır. Tramp indiki halda bununla baş qatacaq qədər strateji düşünə biləcək adam deyil. Ümumiyyətlə, bu ifşa fayllarının o qədər də effektiv olacağını gözləmək real görünmür. Bu məsələ Amerikanın daxili siyasətinə təsir göstərə bilər, İran məsələsi isə qlobal miqyaslıdır.

Ona görə də düşünürəm ki, Trampın bu fayllara görə gündəmi dəyişmək üçün müharibə başlatması reallıqdan uzaqdır. Böyük ehtimalla müharibə olmayacaq, lakin tərəflər arasında müəyyən razılaşma əldə ediləcək. Bu razılaşmanın hansı şərtlər altında olacağı hələ bəlli deyil. Yalnız razılığa gələ bilmədikləri təqdirdə müharibə qaçılmaz olar, əks halda məsələ sakit şəkildə həllini tapacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa