Fransada məktəbdə bıçaqlanma: 1 ölü, 3 yaralı

media-hightechnic-468x90

Fransanın qərbində yerləşən özəl məktəbdə baş verən bıçaqlanma nəticəsində bir şagird həlak olub, azı üç nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə Nantes şəhərindəki bir məktəbdə cümə axşamı günorta saatlarında baş verib. Hücum edən şəxs müəllim tərəfindən zərərsizləşdirilib.

Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım qüvvələri cəlb olunub. Məktəb tamamilə evakuasiya edilib.

Şahidlərin sözlərinə görə, hücum zamanı bəzi şagirdlər dərhal sinif otaqlarında təcrid olunub, digərləri isə panika içində ərazidən qaçıblar. Ailələrə məlumat verilib və şagirdlər mərhələli şəkildə məktəbdən çıxarılıb.

Hadisə yerinə təhsil və daxili işlər nazirləri, eləcə də region rəhbərliyi gəlib. Təhsil naziri sosial şəbəkədə paylaşım edərək qurbanlara dəstəyini ifadə edib. Nantes meri baş verən faciəyə görə dərin kədərini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600