!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada prezident seçkilərində səsvermə başlayıb

!Reklam – Yazi

Bu gün Fransada yerli vaxtla saat 8:00-də (10:00 Bakı vaxtı ilə) prezident seçkilərində səsvermə başlayıb. 

Yeniçağ.Az xəbər verir ki, seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparır.

Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.

Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir və 50 min polis əməkdaşları təhlükəsizliyi təmin edəcək.

Namizədlərdən hər hansı birinin 50 faizdən çox səs alacağı proqnozlaşdırılmır. İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turunda yarışacaqlar. Sorğuların nəticələrinə əsasən ilk beş sırada qərarlaşan namizədlərdən 4-nün ikinci tura keçmək şansı var. İlk beşliyə radikal Milli Cəbhənin lideri Marine Le Pen, özünü mərkəzçi sayan “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron, mərkəz sağçı respublikaçıların namizədi Fransua Fiyon, radikal solun namizədi Jan-Lyuk Melanşon və hakimiyyətdəki Sosialist Partiyasının namizədi Benua Amondur.

Digər 6 namizədin şansı isə zəif dəyərləndirilir.

 

Yeniçağ.Az

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv